OTI
Dənizdə xilasolma STCW Yanğınla Mübarizə Ümumi Təhlükəsizlik Sürücü Təhlukəsizliyi
 

Baş səhifə

Occupational Training International, Oman Sultanlığında yerləşən beynəlxalq şirkətin Azərbaycandakı filialıdır. Şirkət beynəlxalq miqyasda tanınmışdır və 1998-ci ildən etibarən BP, BTC Pipeline Company, Shell, McDermott, Maersk, KCA Deutag, Schlumberger, Statoil, Baker Hughes, Halliburton və bir çox başqa şirkətlər daxil olmaqla neft və qaz sənayesi şirkətlərinin işçiləri üçün Təhlükəsizlik texnikası və Əməyin, Sağlamlığın və Ətraf Mühitin Mühafizəsinin tədrisi üzrə təlimləri, eləcə də Dənizdə sağ qalmaq təlimlərini uğurla təqdim edir. Occupational Training International şirkəti Yaxın Şərqdə, Azərbaycanda, Gürcüstanda, Rusiya Federasiyasında, Qazaxıstanda və İranda Neft və Qaz sənayesi işçiləri üçün təhlükəsizlik üzrə hazırlığ təlimlərini təqdim edir. 

Bakı təlim mərkəzi neft və qaz sənayesi şirkətlərinin işçiləri üçün Təhlükəsizlik texnikası və əməyin mühafizəsi təlimi proqramlarının təqdim olunması sahəsində aparıcıdır. 2000-cı ildən OTI (Bakı) Şirkəti The Oil & Gas Academy (OPITO) - Dəniz neft sənayesi üçün peşəkar hazırlıq üzrə təşkilatı tərəfindən müəyyən olunmuş standartlara uyğun olaraq, dənizdə təhlükəsiz fəaliyyətin əsaslarına giriş və fövqəladə vəziyyət hallarına hazırlıq üzrə təlimlərin (BOSIET), Dəniz qurğularında işçilər üçün qəza vəziyyətində fəaliyyət üzrə təkrar təlimin (FOET) və Batmaqda olan Helikopterdən Təxliyə üçün Hazırlıq təliminin (HUET) təqdim olunması üçün akkreditasiya və təsdiq  edilmişdir. 

OTI şirkəti eləcə də OPITO tərəfindən təsdiq olunmuş aşağıdakı təlimlərı təklif edir:

  • Dəniz Qazma Qurğusunda Fövqəladə Vəziyyətlə Mübarizə üzrə Qəza Briqadasının üzvü
  • Dəniz Qazma Qurğusunda Fövqəladə Vəziyyətlə Mübarizə üzrə Qəza Briqadasının Rəhbəri
  •  Helikopter Meydançasının əməkdaşı - Dəniz Qazma Qurğusunun Fövqəladə Vəziyyətlə mübarizə üzrə yanğından qəza-xilasetmə xidməti komandasının üzvü 
  • İş yerlərində atmosferin keyfiyyətinin analizinin aparılması üçün cavabdeh, 1-ci səviyyə

OPITO tərəfindən təsdiq olunmuş təlimləri uğurla bitirmiş əməkdaşlar OPITO şirkətinin beynəlxalq məlumat bazasına daxil edilirlər.

OTI şirkəti ABŞ Milli Təhlükəsizlik Şurasının (NSC US), Yanğın Təhlükəsizliyi Milli Assosiasiyasının (NFPA) və Təhlükəsizlik Texnikası Və Sağ Qalmaq Təlimləri üzrə Beynəlxalq Assosiasiyanın (IASST) üzvüdür.

OTI şirkəti ixtisasartırma təlimlərini şirkətlərə təqdim edərkən sifarişçinin tələblərinə yüksək səviyyədə cavab verməyə çalışır. Sifarişçilərin fərdi təlim ehtiyaclarını ödəmək üçün təhlükəsizlik texnikası təlimiləri sifarişçinin binalarında və sahələrində də keçirilə bilər.

OTI şirkətinin rəhbərliyi və işçiləri müştərilərin şirkətdaxili və dövlət proqramlarının tələblərinə cavab verməsi üçün müvafiq və innovativ təlim proqramlarıni tətbiq edir.

Bizim təlimlər azərbaycan, rus və ingilis dillərində sinxron tərcümə təqdim etmək və ya siniflərin müxtəlif dil qruplarına bölmək yolu ilə aparılır.

Təlimlər başqa dillərdə, məsələn, qazax, türk, gürcü, ərəb, eləcə də tələbata uyğun bir cox başqa dillərdə aparıla bilər.

Bütün təlimlər təsdiq olunmuş avadanlıq və tədris materiallarından istifadə olunmaqla müvafiq ixtisaslı təlimatçılar tərəfindən keçirilir və tədris olunur. OTI şirkətinin siyasəti, baş təlimatçı səviyyəsinədək inkişaf etməsi məqsədilə münasib yerli heyətin fəal surətdə seçilməsi, yığımı və hazırlanmasından ibarətdir. Bu siyasət Azərbaycan və Omanda uğurla həyata keçirilmişdir və OTI şirkətinin digər xaricı tədris mərkəzlərində də həyata keçiriləcəkdir.