OTI
Dənizdə xilasolma STCW Yanğınla Mübarizə Ümumi Təhlükəsizlik Sürücü Təhlukəsizliyi
 

Sürücü Təhlukəsizliyi

Kurs:
Avtomobil Təhlükəsizliyi

Qiymət: $120 (Ə.D.V siz qiymət)

Kimlər üçün: Təlim istər sərnişin, istərsə də sürücü qismində Şirkətin avtomobillərində səyahət edən bütün personal üçün nəzərdə tutulmuşdur. 

Məqsədlər: Sürücülərin gündəlik texniki xidmət prosedurları və avtomobili işə salmazdan əvvəl tələb olunan yoxlamalar barədə məlumatlı olmalarını, sərnişinlərin və avadanlıqların təhlükəsizliyi ilə bağlı qaydaları bilmələrini sükan arxasında olma müddətinin məhdudlaşdırılmasına olan ehtiyacı, həmçinin istirahətə vaxt ayrılmasına olan tələbatı dərk etmələrini təmin etmək üçün sürücülərin şirkətin tələblərinə cavab vermə səviyyələrinin ölçülməsi məqsədilə müvafiq qiymətləndirmənin həyata keçirilməsi  

Öhdəliklər: Təlimi başa vurduqdan sonra tələbələr aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olmalıdırlar:

  • Əsas mühərrik elementlərini tanımalı;
  • Gündəlik yoxlamaları icra edərək qüsurları aşkar etməli və bu barədə hesabat verməli; və
  • Ümumi təhlükəsizlik, sərnişinlərin təhlükəsizliyi və avadanlıqdan təhlükəsiz istifadə qaydalarını bilməlidir.
Mövzular:
  • Giriş
  • Daşıma və idarəetmə strategiyası 
  • Təhlükəsiz sürücü kodu
  • Təhlükəsiz sərnişin kodu
  • Mobil telefonlardan istifadə qaydaları
  • Avtomobildə siqaret çəkməyin qaydaları
  • Səyahətlərin tənzimlənməsi və səyahətlər planı
  • Sürücünün iş saatları və formada olması
  • Sürücünün gündəlik yoxlamaları
  • Avtomobilin yüklənməsi və avtomobildə daşınmalı olan avadanlıq və qurğular
  • Yol nəqliyyat qəza halları və qəzaların məruzə edilməsi
  • Suallar və cavablar
  • Fərdi cavab formaları